Rusiyanın hərbi gəmiləri Xəzəryanı ölkələrin limanlarına səfər edəcək

Rusiyanın hərbi gəmiləri Xəzəryanı ölkələrin limanlarına səfər edəcək Gəmilərdə hərbi qarovulların təlimi başlayıb
Xarici siyasət
7 May , 2016 14:53
Rusiyanın hərbi gəmiləri Xəzəryanı ölkələrin limanlarına səfər edəcək

Bakı. 7 may. REPORT.AZ/ "Volqodonsk" kiçik artilleriya gəmisi və Xəzər dəniz donanmasının əlavə dəstək gəmilərinin heyəti Xəzəryanı ölkələrin limanlarına dəniz yolçuluğu ilə bağlı hazırlıqları tamamlamaq üzrədir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, daimi qalma məntəqələrində və dənizə açılma nöqtələrində aparılan təlim prosesində ekipaj üzvləri müxtəlif məzmunlu gəmi təlimləri həyata keçirib. Təlimlər zamanı gəmi bölüyünün birgə manevri və müxtəlif hədəflərə artilleriya atəşi ilə döyüş tapşırıqlarını yerinə yetirmək üzrə hazırlıq keçirilib.

Məlumata görə, dəniz yolçuluğu zamanı Xəzəryanı ölkələrin limanlarına səfər də planlaşdırılır. Qeyd olunur ki, "Volqodonsk" gəmisinin ekipajı artıq hərbi qarovulların və hərbi orkestrin təliminə başlayıb. Müəyyən edilmiş limanlarda xarici nümayəndə heyətlərini qəbul edəcək gəmidə həmçinin əcnəbilər üçün ekskursiya nəzərədə tutulub.

Son xəbərlər

Orphus sistemi