Rusiyanın Baş naziri Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib

Rusiyanın Baş naziri Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib Bakı. 7 mart. REPORT.AZ/ Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Xarici siyasət
7 Mart , 2019 13:04
Rusiyanın Baş naziri Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib

Bakı. 7 mart. REPORT.AZ/ Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qadınlar bizim dünyamızı daha parlaq, daha gözəl, daha xeyirxah edirlər. Onlar ailə ocağını qayğı ilə qoruyur, evdə rahatlıq və səliqə yaradırlar. Ən başlıcası, onlar doğmalarına və yaxınlarına həmişə öz qəlblərinin hərarətini bəxş edir, onları qayğı və diqqətlə əhatə edirlər.

Qoy bu gözəl bayram əhval-ruhiyyəsi uzun müddət Sizi tərk etməsin.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm".

Son xəbərlər

Orphus sistemi