Rusiyanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib - YENİLƏNİB

Rusiyanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib - YENİLƏNİB Bakı. 8 iyun. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov bu gün Bakıya gəlib.
Xarici siyasət
8 İyun , 2018 13:29
Rusiyanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov bu gün Bakıya gəlib.

Bu barədə "Report"a Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. 


*** 10:10

Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov bu gün Bakıya gəlir.

Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.

M.Boçarnikov etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Rusiya Prezidenti Vladimir Putin M.Boçarnikovu Azərbaycana səfir vəzifəsinə bu il mayın 29-da təyin edib. O, bu vəzifədə Vladimir Doroxini əvəzləyib.

Qeyd edək ki, 70 yaşlı M.Boçarnikov daha əvvəl Rusiyanın Zambiya, Yunanıstan və Qazaxıstandakı səfiri olub. Səfir rus dilindən başqa, ingilis, fransız və amhar dillərində danışır. Diplomat evlidir və bir qızı var.

Son xəbərlər

Orphus sistemi