Rusiyanın Azərbaycandakı Səfirliyi: "Lapşin saxlanılma şəraitindən şikayət etmir"

Rusiyanın Azərbaycandakı Səfirliyi: "Lapşin saxlanılma şəraitindən şikayət etmir" Səfirliyin əməkdaşları bloqerlə görüşüblər
Xarici siyasət
21 Mart , 2017 12:04
Rusiyanın Azərbaycandakı Səfirliyi: Lapşin saxlanılma şəraitindən şikayət etmir
Foto: "Report"

Bakı. 21 mart. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı Səfirliyinin əməkdaşları həbsdə olan bloqer Aleksandr Lapşinlə görüşüblər.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti"yə səfirliyin mətbuat katibi Denis Apaşkin bildirib.

"Cari ilin 15 martında səfirliyin konsulluğunun əməkdaşları 1 saylı İstintaq Təcridxanasında saxlanılan Rusiya vətəndaşı A.B.Lapşinlə növbəti görüş keçiriblər. Lapşin saxlanma şəraitindən şikayət etmədi. Onun səhhəti qənaətbəxşdir. İstintaq davam edir. Səfirlik A.Lapşinin vəkili ilə daimi əlaqədədir", - deyə o bildirib.

Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələnaçıq çağırışlar) və 318.2ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

A.Lapşin Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Son xəbərlər

Orphus sistemi