Rusiyanın Azərbaycandakı səfirliyində səsvermənin nəticələri açıqlanıb

Rusiyanın Azərbaycandakı səfirliyində səsvermənin nəticələri açıqlanıb Vətəndaşların əksəriyyəti Vladimir Putinə səs veriblər
Xarici siyasət
19 Mart , 2018 13:48
Rusiyanın Azərbaycandakı səfirliyində səsvermənin nəticələri açıqlanıb

Bakı. 19 mart. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyində açılan seçki məntəqəsində prezident seçkilərində 1517 Rusiya vətəndaşı iştirak edib. 

Bu barədə "Report" səfirliyin mətbuat xidmətinə istinadən xəbər verir.

Diplomatik missiyadan bildirilib ki, seçki mütəşəkkil keçirilib və heç bir şikayət daxil olmayıb.

Səsvermənin yekunlarına dair bu nəticələr qeydə alınıb: Vladimir Putin - 1252 səs (83,3%), Pavel Qrudinin - 119 səs (7,92%), Vladimir Jirinovski - 35 səs (2,33%), Kseniya Sobçak - 57 səs (3,79%), Qriqori Yavlinski - 17 səs (1,13%), Boris Titov - 11 səs (0,73%), Maksim Suraykin - 7 səs (0,47%), Sergey Baburin - 5  səs (0,33%).

Səfirlik seçkilərin təşkilində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə minnətdarlıq edib.

Son xəbərlər

Orphus sistemi