Rusiyalı politoloq: "Azərbaycan daxili və xarici siyasətdə müstəqilliyini sübut edib"

Rusiyalı politoloq: "Azərbaycan daxili və xarici siyasətdə müstəqilliyini sübut edib" "Azərbaycan Rusiya üçün MDB məkanında yeganə etibarlı və ödənişqabiliyyətli tərəfdaşdır"
Xarici siyasət
9 Fevral , 2017 18:43
Rusiyalı politoloq: Azərbaycan daxili və xarici siyasətdə müstəqilliyini sübut edib

Bakı. 9 fevral. REPORT.AZ/ "Rusiyanın və Azərbaycanın bərabərhüquqluluq və tərəfdaşlıq şərtləri ilə razılığa gəlməsinə zərurət yaranıb".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiya üçün MDB məkanında yeganə etibarlı və ödənişqabiliyyətli tərəfdaşdır.

"Azərbaycan daxili və xarici siyasətdə müstəqilliyini sübut edib və rəsmi Moskva Bakının bir çox məsələlər üzrə balanslaşdırılmış mövqe tutduğunu anlayıb" - ekspert deyib.  

Son xəbərlər

Orphus sistemi