Rusiyalı politoloq: "Astana sammiti Xəzərin statusu ilə bağlı yekun qərar qəbul edəcək toplantı olmayacaq"

Rusiyalı politoloq: "Astana sammiti Xəzərin statusu ilə bağlı yekun qərar qəbul edəcək toplantı olmayacaq" Bakı. 22 may. REPORT.AZ/ Bu il keçiriləcək Astana sammiti Xəzər dənizinin hüquqi statusu ilə bağlı yekun qərar qəbul edəcək toplantı olmayacaq.
Xarici siyasət
22 May , 2018 12:05
Rusiyalı politoloq: Astana sammiti Xəzərin statusu ilə bağlı yekun qərar qəbul edəcək toplantı olmayacaq
Report
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ "Bu il keçiriləcək Astana sammiti Xəzər dənizinin hüquqi statusu ilə bağlı yekun qərar qəbul edəcək toplantı olmayacaq".

"Report" xəbər verir ki, bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk son geosiyasi hadisələr fonunda Xəzəryanı ölkələr arasında gələcək əməkdaşlıq mövzusunda keçirilən tədbirdə bildirib.

Bununla belə, "Xəzər-Avrasiya" Beynəlxalq və İctimai-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Andrey Sızranov Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul ediləcəyini düşünür: "Çox güman, Konvensiya qəbul ediləcək. Onun işlək və ya ideal olub-olmayacağı isə başqa sualdır. Məncə, Konvensiya qəbul ediləcək və mütəmadi olaraq ona əlavələr olunacaq".

Ölkələr arasında əməkdaşlıq məsəlsəinə gəlincə, ekspertlər qeyd ediblər ki, Xəzər regionu ətrafındakı fəallıq artır və bunu ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar, eləcə də irimiqyaslı nəqliyyat layihələri sübut edir.

"İlk növbədə, ABŞ-ın Qazaxıstan ilə birlikdə həyata keçirdiyi, Əfqanıstana çatacaq layihələr bunu göstərir. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar da həmçinin İslam Respublikası ilə Xəzər regionunda digər ölkələri arasındakı əməkdaşlığı çətinləşdirir. Xəzər dənizinin sürətlə hərbiləşdirilməsi də ayrıca məsələ olaraq qalır", - Q.Trofimçuk fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi