Rusiyalı politoloq: "Almaniyada “Azərbaycan məsələsi” seçkilər səbəbindən gündəmdədir"

Rusiyalı politoloq: "Almaniyada “Azərbaycan məsələsi” seçkilər səbəbindən gündəmdədir" "Angela Merkel də vəzifəsindən getmək niyyətindədir"
Xarici siyasət
30 Mart , 2021 16:19
Rusiyalı politoloq: Almaniyada “Azərbaycan məsələsi” seçkilər səbəbindən gündəmdədir
Mixail Neyjmakov

Almaniyada bu il keçiriləcək seçkilərlə bağlı müəyyən qüvvələr rəqiblərinə qarşı “Azərbaycan kartı”ndan istifadə etməyə meyllidir.

Bu barədə “Report”un Rusiya bürosuna politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov bildirib.

“Almaniya mediasında Azərbaycanla bağlı mənfi materiallar bu il Almaniyada keçiriləcək parlament seçkilərilə bağlı ola bilər. Məlum olduğu kimi, Angela Merkel də vəzifəsindən getmək niyyətindədir. Seçki ərəfəsində bir sıra oyunçunun rəqiblərinə qarşı “Azərbaycan mövzusu”ndan istifadə etmək meyli üzə çıxacaq. Belə oyunçular təşkil etdikləri informasiya hücumlarının daha çox səmərə verməsi üçün Azərbaycanı məhz mənfi şəkildə qələmə verməyə çalışırlar”, - deyən ekspertin fikrincə, bəzi avropalı siyasətçilərin Azərbaycana münasibəti onların Türkiyəyə, yaxud Avropadakı türk icmalarına dair mövqeyinə görə müəyyənləşə bilər.

Bununla bağlı gələcəkdə münasibətlərin yoluna qoyula biləcəyini də dilə gətirən rusiyalı politoloq bildirib ki, Almaniya XİN-i səviyyəsində Türkiyəyə qarşı səsləndirilən tənqidlərə baxmayaraq, Berlin Ankaraya münasibətində “qapını çırpmağ”a da həvəsli görünmür: "Angela Merkel də Türkiyənin strateji əhəmiyyəti barədə danışıb. Yəqin ki, iki ölkə arasında müəyyən isinmə baş verdikdən sonra Almaniya – Azərbaycan münasibətlərində də yeni perspektivlər ortaya çıxacaq”.

Son xəbərlər

Orphus sistemi