Rusiyalı deputat: "Əli Əsədov Azərbaycan Prezidentinə və xalqına sədaqətini sübut edib"

Rusiyalı deputat: "Əli Əsədov Azərbaycan Prezidentinə və xalqına sədaqətini sübut edib" “Əli Əsədov illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevə, xalqına sədaqətini sübuta yetirmiş bir peşəkardır. Heç şübhəsiz, İlham Əliyevə dahi atası, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yolunu davam etdirməyə iqtisadi müstəvidə kömək edəcək”.
Xarici siyasət
9 Oktyabr , 2019 14:27
Rusiyalı deputat: Əli Əsədov Azərbaycan Prezidentinə və xalqına sədaqətini sübut edib

Əli Əsədov illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevə, xalqına sədaqətini sübuta yetirmiş bir peşəkardır. Heç şübhəsiz, İlham Əliyevə dahi atası, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yolunu davam etdirməyə iqtisadi müstəvidə kömək edəcək”.

Bu barədə “Report”un Rusiya bürosuna Rusiya Dövlət Duması Federal Məclisinin beynəlxalq işləri komitəsinin sədri Leonid Slutskiy bildirib.

“Biz Azərbaycanı qəlbimizdə daşıyan insanlar bu ölkə Prezidentinin komandası ilə sıx əlaqədə qalaraq işlərin bundan sonra da ardıcıl və səmərəli şəkildə davam edəcəyinə ümidvarıq. Yeni Baş Nazirə uğurlar, müvəffəqiyyətlər, Prezidentin tapşırdığı bütün ciddi vəzifələri səmərəli yerinə yetirməyi arzulayırıq. Həmçinin Nazirlər Kabinetinin yeni komandasına da hər cür müvəffəqiyyətlər diləyirik”, - deyə rusiyalı deputat qeyd edib. 

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi