Yuxarı
    Bağlamaq

    Rusiyalı ekspert: "Azərbaycan Xəzər regionunda təhlükəsizliyin forpostudur"

    Bu gün ən böyük problem Xəzər dənizinin hüquqi statusu məsələsinin həll olunmamasıdır© Courtesy İmage

    Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan və Rusiya arasında Xəzər dənizi üzrə əməkdaşlıq regional sabitlik və təhlükəsizliyin qorunması baxımından mühüm amildir.

    "Report" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası yanında Sosial-Siyasi Tədqiqatlar İnstitutunun baş elmi əməkdaşı İqor Seleznyov Azərbaycan-Rusiya əlaqələrinin 25 illiyinə həsr olunmuş dəyirmi masada bildirib.

    "Rusiya müdafiə naziri Sergey Şoyqunun dediyi kimi, Azərbaycan bu gün Xəzər regionunda təhlükəsizliyin forpostudur", - deyə İ.Seleznyov vurğulayıb.

    Onun sözlərinə görə, ölkələr problemləri həll etmək üçün Xəzər dənizində daha səmərəli əməkdaşlıq etməli və qarşılıqlı münasibət qurmalıdırlar. "Bu gün ən böyük problem isə Xəzər dənizinin hüquqi statusu məsələsinin həll olunmamasıdır. Digər mühüm məsələ şelflərin bölgüsüdür", - Rusiya Elmlər Akademiyasının nümayəndəsi deyib.

    O, həmçinin Xəzər dənizində Rusiya və Azərbaycan arasında təhlükəsizlik sahəsində daha fəal əməkdaşlığın olmasının zəruriliyini qeyd edib.

    "Azərbaycanın özünü beynəlxalq terrorizmdən qoruması və sabitlik təmin etməsi sevindirici haldır", - İ.Seleznyov vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi