Rusiyalı ekspert: “Azərbaycan qlobal qeyri-sabitlikdən qorunur”

Rusiyalı ekspert: “Azərbaycan qlobal qeyri-sabitlikdən qorunur” “Koronavirus pandemiyası ortaya 2008-ci ildən bəri basdırılan böhranı çıxardı”.
Xarici siyasət
20 Aprel , 2020 17:15
Rusiyalı ekspert: “Azərbaycan qlobal qeyri-sabitlikdən qorunur”

“Koronavirus pandemiyası ortaya 2008-ci ildən bəri basdırılan böhranı çıxardı”.

Bu sözləri “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Koltaşov deyib.

“Dünyada 2008-ci ildən bəri həyata keçirilən bütün antiböhran siyasəti birinci dalğa (2008-2009) və ikinci dalğa (2013-2016) böhranın simptomlarını aradan qaldırmaq və onun iqtisadiyyatın çöküşünə səbəb olmasının qarşısını almaq məqsədi daşıyırdı. Avropa İttifaqı maliyyə sektorunda sabitliyi təmin etmək üçün çox böyük resurslar sərf etdi, on milyonlarla insanı müflis etdi. Bütün bunlar 2020-ci ildə əldə edilmişdi. Sonra böhran başladı, üstəlik, taleyin gərdişindən koronavirus pandemiyası ilə üst-üstə düşdü. Əslində 2008-ci ildəki eyni böhranı yaşayırıq, sadəcə bu dəfə o, “azadlığa buraxılıb” və iqtisadiyyatın yenidən başladılması, bütün artıqların, qüsurların aradan qaldırılması üçün lazım olan dağıntıları, dəyişiklikləri həyata keçirə bilər. Cari böhran mahiyyəti məhz bundadır”, - ekspert bildirib.

V.Koltaşov qeyd edib ki, böhran yalnız xəstəlik deyil, həm dərmandır: “Amma çox acı dərmandır. Hər şeyin tez baş verəcəyinə ümid etmək qalır, amma dünya iqtisadiyyatının canlanmasından əvvəl azı yarım illik depressiya yaşayacağıq”.

“Azərbaycanın qlobal qeyri-sabitlikdən daha yaxşı qorunmasına baxmayaraq, onun da qarşısında Avrasiyanın digər postsovet iqtisadiyyatları ilə eyni problemlər dayanır. Kimlə dost olmalı və hansı şərtlərlə? Hətta “hansı şərtlərlə” yox, ümumiyyətlə, ən yaxın böyük iqtisadiyyatlar - Rusiya, İran ilə belə sabit ticarət əlaqələrinə necə nail olmaq. Bu vəziyyətdə isə oriyentasiyanı Avropa İttifaqının və ya ABŞ-nin siyasətinə yönəltmək tamamilə mənasız olardı”, - rusiyalı ekspert hesab edir.

Onun sözlərinə görə, Azərbaycanın bəzi qonşu ölkələrə, məsələn, Gürcüstan və ya Ermənistana münasibətdə daha bir vacib üstünlüyü var: “Bu, qərar qəbul etmə azadlığıdır. Bu, ölkəyə həm böhranlara qarşı hərəkət etmək, həm də Azərbaycan iqtisadiyyatının Avrasiya bazarlarının yenidən başladılmasında iştirakını təmin edəcək münasibətlər qurmaq imkanı verəcək. Nə Gürcüstan, nə də Ermənistan belə vəziyyətdə cəsarətli hərəkət edə bilməz, onlar Vaşinqtonun dedikləri ilə oturub-dururlar. Məhz belə durumda Azərbaycanın bölgədə Rusiya üçün daha vacib, dəyərli olmaq fürsəti yaranır. Çünki Azərbaycan xaricdən idarə oluna bilinməyən ölkədir”.

Ekspert hesab edir ki, bu il yalnız iqtisadi çöküş yox, həm də depressiya ili olacaq: “Bu il dünyada çox aşağı səviyyəli iş və ticarət fəallığı olacaq. Düşünürəm ki, bir çox turizm istiqamətləri bağlanacaq”.

“Azərbaycan kimi ölkələrə sadəcə depressiyanı az zərərlə yaşamaq üçün hər şeyi etmək, ardından da qonşu ölkələrlə iqtisadiyyatın yenidən başladılması konsepsiyasını hazırlamaq lazımdır. Anlamaq lazımdır ki, yaxın bir ayda – ay yarımda tənəzzül dövrü bitəcək və durğunluq başlayacaq. Məhz bu durğunluq dövrü də iqtisadiyyatın yenidən başladılması üçün uyğun olan vaxtdır”, - V.Koltaşov bildirib.

Son xəbərlər

Orphus sistemi