Zaxarova: “Azərbaycan hər zaman sülh danışıqlarına hazır olduğunu təsdiqləyib”

Zaxarova: “Azərbaycan hər zaman sülh danışıqlarına hazır olduğunu təsdiqləyib” “Bakı bizə həmişə İrəvanla sülh danışıqlarına hazır olduqlarını təsdiqləyib”.
Xarici siyasət
6 Dekabr , 2023 15:12
Zaxarova: “Azərbaycan hər zaman sülh danışıqlarına hazır olduğunu təsdiqləyib”
Mariya Zaxarova

“Bakı hər zaman İrəvanla sülh danışıqlarına hazır olduqlarını təsdiqləyib”.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Moskvada və üçüncü ölkələrdə keçirilən çoxtərəfli tədbirlər çərçivəsində görüşmək üçün dəvətlər göndərmişik. Bakı həmişə danışıqlara hazır olduğunu təsdiqləyib. Təəssüf ki, eyni sözü Ermənistan haqqında deyə bilmərik”, - o bildirib.

Onun fikrincə, belə bir imtina çox güman ki, erməni tərəfinin Qərb vasitəçilərinə ümidi ilə bağlıdır: “Bəlkə də, Ermənistan hakimiyyəti hesab edir ki, Vaşinqton, Brüssel və Parisdən olan yeni məsləhətçiləri daha maraqlı və effektiv təkliflər verə bilərlər. Məncə, qonşuların əvvəlki təcrübələrini qiymətləndirmək hər zaman faydalı olardı. Bununla, Praqa və Brüssel də daxil olmaqla, Avropa İttifaqının himayəsi altında keçirilən "toplantıların" nəyə gətirib çıxardığını anlamaq mümkün olar”.

Son xəbərlər

Orphus sistemi