Bakı. 21 iyul. REPORT.AZ/ "Türkiyə rəsmi nümayəndələrinin Dağlıq Qarabağ münaqişəsinin müsbət həlli üzrə əlavə təklifi varsa, bu, heç bir problem yarada bilməz".
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə konstruktiv töhfə verə bilər.
"Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə indi həyata keçirilən səylər, o cümlədən Rusiya Federasiyasının səyləri, intensiv şəkildə aparılan proses dinamikasını itirməyəcək. Bunun həqiqətən irəliləyişə səbəb olacağına ümidvarıq", - deyə, M.Zaxarova bildirib.