Yuxarı

Rusiya XİN Türkiyə ilə 1921-ci ildə imzalanmış dostluq müqaviləsinin xitamı məsələsini araşdıracaq

Mariya Zaxarova: Azərbaycanla münasibətlərimizi inkişaf etdiririk və ona xələl verə biləcək heç nə etmərik

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyi Dövlət Dumasının deputatlarının sorğusu əsasında Türkiyə ilə 1921-ci il martın 16-da imzalanmış dostluq və qardaşlıq haqqında Moskva müqaviləsinin ləğvi məsələsini araşdıracaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

"Həqiqətən XİN-in ünvanına Dövlət Dumasının bəzi deputatlarının adından sorğu gəlib. Onlar anlaşmanın ləğvini təklif edir. Hazırda yalnız onu deyə bilərəm ki, məsələ araşdırılmalıdır. Sorğuda nəyin nəzərdə tutulmasını aydınlaşdırmaq lazımdır. Bütün bunlar müvafiq qaydada həyata keçiriləcək. Hələlik bu təşəbbüsün araşdırılması ən doğru addımdır", - deyə diplomat bildirib.

Qeyd edək ki, həmin müqavilədə Azərbaycanın da maraqlarına toxunulur. Zaxarova bu məsələyə də aydınlıq gətirib: "Azərbaycanla münasibətlərimizi inkişaf etdiririk və ona xələl verə biləcək heç nə etmərik. Əksinə, biz diqqəti bu ölkə ilə əlaqələrimizi necə inkişaf etdirə biləcəyimizə yönəltməliyik".

"Bizi çox şey birləşdirir, özü də bütün sahələrdə", - deyə o əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi