Rusiya XİN rəsmisi: "Rusiya və Azərbaycanın iştirakı ilə regional üçtərəfli formatlar ehtiyac səbəbilə yaradılır"

Rusiya XİN rəsmisi: "Rusiya və Azərbaycanın iştirakı ilə regional üçtərəfli formatlar ehtiyac səbəbilə yaradılır" Moskva. 8 fevral. REPORT.AZ/ Üçtərəfli formatların yaradılması tələbdən və beynəlxalq münasibətlərdəki problemlərin həllindən asılıdır.
Xarici siyasət
8 Fevral , 2018 18:02
Rusiya XİN rəsmisi: Rusiya və Azərbaycanın iştirakı ilə regional üçtərəfli formatlar ehtiyac səbəbilə yaradılır

Moskva. 8 fevral. REPORT.AZ/ Üçtərəfli formatların yaradılması tələbdən və beynəlxalq münasibətlərdəki problemlərin həllindən asılıdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Report"un Rusiya bürosunun müxbirinin Rusiya-Azərbaycan-Türkiyə və Rusiya-Azərbaycan-İran üçtərəfli görüşlərinin effektivliyi ilə bağlı sualını cavablandırarkən bildirib.

"Bu formatlar ehtiyac səbəbilə yaranır. Başqa formatlar da var - beşlik, altılıq, iyirmilik. Bu, sadəcə, bu anda bu və ya digər məsələnin həlli üçün zəruri olan alətdir. Bu, praqmatik yanaşmadır", - M.Zaxarova deyib.

Onun sözlərinə görə, belə formatlar, həqiqətən, öz məqsədlərinə nail olacağı təqdirdə, beynəlxalq münasibətlər tarixinə "qızıl hərflərlə" yazılacaq.

Son xəbərlər

Orphus sistemi