Rusiya XİN Azərbaycanla diplomatik əlaqələrin 25 illiyi münasibətilə bəyanat yayıb

Rusiya XİN Azərbaycanla diplomatik əlaqələrin 25 illiyi münasibətilə bəyanat yayıb "Rusiya və Azərbaycan dünya səhnəsində bir-birini effektiv şəkildə dəstəkləyir"
Xarici siyasət
1331
4 Aprel , 2017 12:43
Rusiya XİN Azərbaycanla diplomatik əlaqələrin 25 illiyi münasibətilə bəyanat yayıb

Bakı. 4 aprel. REPORT.AZ/ "Rusiya və Azərbaycanı çoxəsrlik dostluq ənənələri, ortaq tarix və mədəniyyət birləşdirir. Əsrin dörddə bir hissəsində bu əvəzolunmaz irsi qoruya və artıra, əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə gətirə bilmişik".

"Report" xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla diplomatik əlaqələrin 25 illiyi münasibətilə yaydığı bəyanatda yer alıb.

Bəyanatda siyasi dialoqun yüksək intensivliklə xarakterizə olduğu qeyd edilib: "Regionlar, parlamentlər, nazirliklər, ölkə başçıları arasında isti, səmimi, qarşılıqlı etimadlı və yalnız fəal əlaqələr mövcuddur. İqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiya məhsuldar işləyir. Dövlətlərarası, hökumətlərarası və regionlararası müqavilələrin daxil olduğu hüquqi-saziş bazasının təkmilləşdirilməsi və genişləndirilməsi üzrə fəal iş gedir". 

"Bir çox mühüm beynəlxalq məsələlər üzrə oxşar fikirləri olduğundan Rusiya və Azərbaycan dünya səhnəsində bir-birini effektiv şəkildə dəstəkləyir", - Rusiya XİN-in bəyanatında deyilir.

Qeyd olunub ki, Azərbaycan bazarında 600-dən çox birgə müəssisə, o cümlədən sırf Rusiya kapitalı ilə təxminən 200 şirkət fəaliyyət göstərir. Hazırda Azərbaycanda toplanmış Rusiya investisiyalarının həcmi təxminən 1,4 milyard ABŞ dolları təşkil edir. Rusiyanın 70-dən çox bölgəsini təmsil edən müəssisələrin cəlb olunduğu regionlararası münasibətlər genişlənir. Rusiyanın 17 regionu Azərbaycan ilə iqtisadi, mədəni və elmi-texniki əməkdaşlıq üzrə saziş imzalayıb.

Son xəbərlər

Orphus sistemi