Rusiya XİN: Azərbaycan Cənubi Qafqaz və Xəzər dənizi regionunda bizim vacib strateji tərəfdaşımızdır

Rusiya XİN: Azərbaycan Cənubi Qafqaz və Xəzər dənizi regionunda bizim vacib strateji tərəfdaşımızdır "Biz Azərbaycanla münasibətlərimizi bərabərhüquqluluq, bir-birimizin maraqlarına qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında qururuq"
Xarici siyasət
9 İyul , 2016 11:40
Rusiya XİN: Azərbaycan Cənubi Qafqaz və Xəzər dənizi regionunda bizim vacib strateji tərəfdaşımızdır

Bakı. 9 iyul. REPORT.AZ/ "Azərbaycan Cənubi Qafqaz və Xəzər dənizi regionunda bizim vacib strateji tərəfdaşımızdır. Biz Azərbaycanla münasibətlərimizi bərabərhüquqluluq, bir-birimizin maraqlarına qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında qururuq". 

"Report"un məlumatına görə, bu barədə Rusiya XİN başçısı Sergey Lavrovun iyulun 11-12-də Azərbaycana işgüzar səfəri ilə əlaqədar olaraq Rusiya Xarici İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunub.

"Bakıda ikitərəfli görüşlər zamanı aktual məsələlərin müzakirəsi, Vyana və Sankt-Peterburq sammitlərində Dağlıq Qarabağ probleminin nizamlanması üzrə əldə olunmuş razılaşmaya dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur", - deyə sənəddə vurğulanıb.

Son xəbərlər

Orphus sistemi