Rusiya Xəzər Parlamentlərarası Assambleyasının yaradılmasını təklif edir

Rusiya Xəzər Parlamentlərarası Assambleyasının yaradılmasını təklif edir
Xarici siyasət
21 Sentyabr , 2018 08:17
Rusiya Xəzər Parlamentlərarası Assambleyasının yaradılmasını təklif edir

Bakı. 21 sentyabr. REPORT.AZ/ Rusiya prezidentinin Xəzər regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov Xəzər Parlamentlərarası Assambleyasının yaradılmasını təklif edir.

“Report” xəbər verir ki, bunu cümə axşamı TASS-a Abdulatipov deyib.

"Mən bu günlərdə Dövlət Dumasında çıxış etdim, xüsusilə Xəzər Parlamentlərarası Assambleyasının yaradılmasını təklif etdim. Assambleya ölkələrin qanunvericiliklərinin bir-biri ilə uyğunlaşdırılması , imzalanmış beynəlxalq müqavilələrə müvafiq qanunların qəbulunu sürətləndirməklə məşğul olmalıdır. Bundan əlavə, parlamentlərarası əlaqələr humanitar və iqtisadi əlaqələrin inkişafı deməkdir", - deyə o bildirib.