Andrey Rudenko: "Rusiyanın əsas məqsədi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır"

Andrey Rudenko: "Rusiyanın əsas məqsədi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır" Rusiya Xarici İşlər Nazirliyi:
Xarici siyasət
17 İyul , 2023 19:47
Andrey Rudenko: Rusiyanın əsas məqsədi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır

"Bu gün Rusiyanın əsas məqsədi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır ki, bunun üçün Rusiya tərəfi hərtərəfli dəstək göstərməyə, o cümlədən öz ərazisində görüşlər təşkil etməyə hazırdır".

"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşdə deyib.

Görüşdə A.Rudenko Rusiya Xarici İşlər Nazirliyinin məlum 15 iyul tarixli bəyanatı ilə bağlı Rusiya tərəfinin mövqeyini çatdıraraq bildirib ki, sözügedən bəyanatda Azərbaycanın ərazi bütövlüyü qəti şəkildə şübhə altına alınmır, onun əsas istiqaməti Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi məsələləri olub.

Bundan əlavə, A.Rudenko Azərbaycanın ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə də toxunub.

Son xəbərlər

Orphus sistemi