Yuxarı

Rusiya xarici işlər nazirinin müavini Bakıdakı danışıqların nəticəsindən məmnun qalıb

Qriqori Karasin: Görüş məhsuldar alınıb

Bakı. 5 mart. REPORT.AZ/ Martın 4-də Bakıda səfərdə olmuş Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşün nəticəsindən məmnun qalıb.

"Report" xəbər verir ki, Q.Karasin bu gün TASS-a açıqlamasında Cənubi Qafqaz regionunun aparıcı dövlətləri ilə münasibətlərin də müzakirə edildiyi görüşün məhsuldar alındığını bildirib.

"Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşümüz oldu. Onunla ikitərəfli əlaqələr, siyasi müstəvidə bizi gözləyən görüşlərin qrafiki barədə müzakirələr apardıq. Əlbəttə, regional məsələlər, Cənubi Qafqaz, regionunun aparıcı dövlətləri ilə münasibətlər barədə danışdıq. Nəticədə konstruktiv, məhsuldar, çox maraqlı bir görüş oldu", - deyə Karasin qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi