Yuxarı
    Bağlamaq

    ​Rusiya xarici işlər naziri ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərə müşahidəçi göndərməməklə bağlı qərarını şərh edib

    ATƏT-in bir çox fəaliyyət istiqamətləri üzrə hüquqi bazasının olmaması qurum üçün sistemli problemlər yaradır

    Bakı. 12 oktyabr. REPORT.AZ/ "ATƏT-in bir çox fəaliyyət istiqamətləri üzrə hüquqi bazasının olmaması qurum üçün sistemli problemlər yaradır".

    "Report" xəbər verir ki, bu barədə bu gün jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qərarını şərh edərkən bildirib.

    Onun sözlərinə görə, hər şey təşkilatın nizamnaməsindən başlayır, o, təşkilat adlanır, lakin qurumun təsis olunması ilə bağlı heç bir hüquqi sənəd yoxdur: "Eyni sözlər DTİHB-yə də aiddir. Biz artıq xeyli müddətdir ki, MDB-dən olan tərəfdaşlarımızla birlikdə kollektiv şəkildə oturub, Büronun praktiki fəaliyyət istiqamətinin əsas qaydalarını, o cümlədən seçkilərin monitorinqi ilə bağlı məsələləri də razılaşdırmağa çağırırıq.

    Hazırkı öhdəliklər yalnız bir şeydən ibarətdir - ökələrin milli qanunvericiliyinə uyğun olaraq seçkiləri müşahidə etmək məqsədilə, o cümlədən ATƏT-dən olan müşahidəçilər də daxil olmaqla, onlara dəvət göndərilir. Orada deyilməyib ki, Azərbaycana ölkənin istədiyi kimi, 130 yox, 260 nəfər müşahidəçi göndərilməlidir, Almaniyaya yalnız 2, bir neçə yüz min vətəndaşlıq hüququ olmayan insanların yaşadığı Baltikyanı ölkələrdən birinə isə bir nəfər belə göndərməmək olar", - S. Lavrov bildirib.

    Öz növbəsində, ATƏT-in baş katibi Lamberto Zanyer Azərbaycan və DTİHB arasında seçkilərdə müşahidəçilərlə bağlı razılıq əldə olunmadığına görə təəssüf hissi keçirdiyini deyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi