Bakı. 25 yanvar. REPORT.AZ/ Rusiyanın Müdafiə Nazirliyi "Tu-22M3" qırıcısının Suriyada döyüş uçuşunun görüntülərini yayıb.
"Report" xəbər verir ki, kadrlarda bombardmançının döyüş sursatları ilə yüklənməsi, Latakiyadakı Xmeymim aerodromundan havaya qalxması və İŞİD terrorçularının olduğu ərazini bombalaması göstərilir.
Rusiyanın uzaq "Tu-22M3" bombardmançıları iki sutka ərzində 18 döyüş uçuşu ediblər və terrorçuların Suriyanın Deyr-əz-Zor şəhəri ətrafındakı mövqelərinə zərbələr endiriblər.
Rusiya Suriyada hava əməliyyatlarına 30 sentyabr 2015-ci il tarixindən başlayıb.