Yuxarı

Rusiya Təhlükəsizlik Şurasının katibi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

N.Patruşev ümummilli lider Heydər Əliyevin xatirəsini hörmətlə anıb, Əbədi Məşəl və Həzi Aslanov kompleksinə əklil qoyub

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Fəxri xiyabanı ziyarət edib. 

"Report" xəbər verir ki, N.Patruşev ümummilli lider Heydər Əliyev və görkəmli alim, oftalmoloq Zərifə Əliyevanın xatirəsini hörmətlə anıb, məzarlarının önünə əklil qoyub. 

N.Patruşev, həmçinin Şəhidlər xiyabanında olub, Əbədi Məşəl və iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun abidəsinə əklil qoyub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi