Yuxarı

​Rusiya Təhlükəsizlik Şurasının katibi azərbaycanlı müharibə veteranları ilə görüşüb

Veteranlara Rusiya Federasiyası Təhlükəsizlik Şurasının fəxri nişanlarını təqdim olunub

Bakı. 11 may. REPORT.AZ/ Rusiya Təhlükəsizlik Şurasının katibi Böyük Vətən müharibəsində iştirak etmiş azərbaycanlı veteranlar ilə görüşüb.

"Report" xəbər verir ki, görüşü açıq elan edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd edib ki, bugünki görüş veteranların verdiyi töhfənin vacibliyini rəmzləşdirir.

Səfirin sözlərinə görə, hazırda Azərbaycanda 1291 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır.

"Veteranlar bizim ikitərəfli münasibətlərimizin aktivləridir", - deyə V. Doroxin söyləyib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev öz növbəsində veteranları salamlayaraq, Bakıya səfəri zamanı artıq Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdüyünü və görüşün "konstruktiv və faydalı" keçdiyini bildirib.

Görüş zamanı ikitərəfli münasibətlər və çoxtərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

N. Patruşev, həmçinin veteranların faşizm üzərində qələbədə rolunu qeyd edərək onların Böyük Vətən müharibəsində qələbənin qazanılmasına hədsiz dərəcədə qiymət verdiklərini xatırladıb.

Onun sözlərinə görə, müharibədə təqribən 27 milyon nəfər həlak olub, ona görə müasir gəncliyin həmin hadisələr barədə həqiqəti bilməsi çox vacibdir:

"Biz Böyük Britaniya, Fransa və ABŞ-ın iştirakını və rolunu danmırıq. Biz onlara minnətdarıq, lakin onların itkisi bizimki ilə müqayisəyə gəlməzdir".

Daha sonra N. Patruşev veteranlara Böyük Vətən müharibəsində qələbəyə verdikləri töhfəyə görə, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının fəxri nişanlarını təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi