Yuxarı
    Bağlamaq

    ​Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfər edəcək

    Nikolay Patruşev Bakıda  regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcək

    Bakı. 8 may. REPORT.AZ/ Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev mayın 11-12-də Azərbaycana səfər edəcək. Bu barədə "Report"a Rusiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

    Səfər zamanı Nikolay Patruşev Bakıda bir sıra rəsmi görüşlər keçirəcək, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcək. 

    Rusiya Təhlükəsizlik Şurası katibinin həmçinin Bakıda yaşayan Böyük Vətən müharibəsi veteranları ilə də görüşəcəyi planlaşdırılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi