Yuxarı
    Bağlamaq

    Rusiya Təhlükəsizlik Şurasının iclasında Bakıdakı zirvə görüşünün nəticələri müzakirə olunub

    Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

    Bakı. 11 avqust. REPORT.AZ/ Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

    "Report" TASS-a istinadən xəbər verir ki, görüş zamanı Rusiya prezidentinin Bakıda Azərbaycan və İran liderləri, eləcə də Türkiyə və Ermənistan dövlət başçıları ilə bu həftə baş tutan görüşlərinin yekununda əldə edilmiş razılaşmalara dair müzakirə aparılıb.

    İştirakçılar beynəlxalq gündəlikdə dayanan məsələlərdən əlavə, ölkədaxili cari sosial-iqtisadi məsələləri müzakirə ediblər.

    Görüşdə Rusiya hökumət başçısı Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Federal Təhlüksizlik Xidmətinin direktoru Aleksandr Bortnikov iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi