Rusiya səfirliyi Kemerovodakı faciə ilə əlaqədar başsağlığı verdiyinə görə Azərbaycana təşəkkür edib

Rusiya səfirliyi Kemerovodakı faciə ilə əlaqədar başsağlığı verdiyinə görə Azərbaycana təşəkkür edib Bakı. 30 mart. REPORT.AZ/ Rusiya səfirliyi Kemerovo şəhərində baş vermiş faciə ilə əlaqədar başsağlığı verdiyinə görə Azərbaycan hakimiyyətinə və xalqına təşəkkür edib.
Xarici siyasət
30 Mart , 2018 15:13
Rusiya səfirliyi Kemerovodakı faciə ilə əlaqədar başsağlığı verdiyinə görə Azərbaycana təşəkkür edib

Bakı. 30 mart. REPORT.AZ/ Rusiya səfirliyi Kemerovo şəhərində baş vermiş faciə ilə əlaqədar başsağlığı verdiyinə görə Azərbaycan hakimiyyətinə və xalqına təşəkkür edib.

Bu barədə "Report" Rusiya diplomatik nümayəndəliyinin saytına istinadən xəbər verir.

"Səfirlik Azərbaycan hakimiyyət nümayəndələrinə, diplomatik missiyaların rəhbərləri və işçilərinə, ictimai təşkilatlara Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində baş vermiş faciə ilə əlaqədar başsağlığı verən hər kəsə minnətdarlığını bildirir", - məlumatda deyilir.

Qeyd edək ki, martın 28-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kemerovo şəhərində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar Rusiyanın ölkəmizdəki səfirliyinə gələrək başsağlığı verib.

Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində yanğın baş verib. Alov binanın sonuncu mərtəbəsində - kinozalların olduğu ərazidə qeydə alınıb. Bazar günü olduğundan burada çox sayda uşaq olub.

Yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.

Son xəbərlər

Orphus sistemi