Bakı. 20 avqust. REPORT.AZ/ "Multikulturalizm və tolerantlıq Azərbaycanın nüfuzunu artırır".
"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirdiyi mətbuat konfransında bildirib.
O, Azərbaycan xalqını Qurban bayramı münasibətilə ilə təbrik edib.
M.Boçarnikov həmçinin, Qafqa Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Azərbaycanın bütün vətəndaşlarının ölkədəki multikulturalizmdən faydalandıqları barədə fikirlərini xatırladıb. O, Azərbaycandakı multikulturalizm və tolerantlığı yüksək qiymətləndirdiyini vurğulayıb.