Rusiya səfiri Azərbaycanla sərhədin bağlanmasını şərh edib

Rusiya səfiri Azərbaycanla sərhədin bağlanmasını şərh edib “Azərbaycanla Rusiya arasındakı quru sərhədi iki ölkənin əməliyyat qərargahları tərəfindən verilmiş qərara əsasən bağlanıb, nə vaxt açılacağına dair fikir söyləmək hələ tezdir”.
Xarici siyasət
530
26 Yanvar , 2022 12:55
Rusiya səfiri Azərbaycanla sərhədin bağlanmasını şərh edib
Mixail Boçarnikov

“Azərbaycanla Rusiya arasındakı quru sərhədi iki ölkənin əməliyyat qərargahları tərəfindən verilmiş qərara əsasən bağlanıb, nə vaxt açılacağına dair fikir söyləmək hələ tezdir”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

Səfir deyib ki, bununla bağlı təyyarə ilə sərnişindaşımalarında artım baş verib: “Hazırda Rusiyanın 9 təyyarə şirkəti hər həftə müxtəlif şəhərlərdən Bakıya uçuşlar həyata keçirir. Həmçinin bəzi şirkətlər Azərbaycanın başqa şəhərlərinə uçuşla bağlı müraciət edib”.

O, bundan əlavə, Xəzər dənizində gəmilərlə turizm səfərlərinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi