Rusiya səfiri: "Azərbaycanda müxtəlif xalqların adət-ənənə və mədəniyyətlərinin qorunması üzrə işlər aparılır"

Rusiya səfiri: "Azərbaycanda müxtəlif xalqların adət-ənənə və mədəniyyətlərinin qorunması üzrə işlər aparılır" "Rusdilli təşkilatlar burada dövlət səviyyəsində dəstək alır"
Xarici siyasət
30 May , 2016 11:34
Rusiya səfiri: Azərbaycanda müxtəlif xalqların adət-ənənə və mədəniyyətlərinin qorunması üzrə işlər aparılır

Bakı. 30 may. REPORT.AZ/ "Azərbaycanda Rusiya icması - əmin-amanlıq və rifah adacığıdır".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif xalqların adət-ənənə və mədəniyyətlərinin qorunması üzrə işlər aparılır: "Rusdilli təşkilatlar burada dövlət səviyyəsində dəstək alır. Düşünmürəm ki, dünyada çox dövlət bütün ili multikulturalizm ili etmək üçün mənəvi hüquqa malik olsun. Rusiya Azərbaycanda yaşayan rusların öz potensialını tam şəkildə həyata keçirilməsində maraqlıdır".

V.Doroxin vurğulayıb ki, dünyanın digər ölkələrindən fərqli olaraq, Azərbaycanda rusdilli icma və diasporun mövqeyi "bizi ayırmır, əksinə, birləşdirir": "Burada bizim öz soydaşlarımızın siyasi hüquqları uğrunda mübarizə aparmağımıza, onların problemlərinin həlli üçün, rus dilində tədrisin aparılması üçün səy göstərməyimizə ehtiyac yoxdur. Burada hər şey gözəl şəkildə həll olunur. Biz yalnız pozitiv işləyirik ki, bu potensialı bizim və Bakının maraqlı olduğu Azərbaycan-Rusiya münasibətlərinin inkişafına sərf edək". 

Öz nitqində səfir qeyd edib ki, Azərbaycan öz gələcəyini Rusiya ilə əməkdaşlıq olmadan təsəvvür etmir.

Son xəbərlər

Orphus sistemi