Rusiya səfiri: "Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələri mövcuddur"

Rusiya səfiri: "Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələri mövcuddur" Səfir parlamentlərarası, humanitar və ticarət sahələrində də əlaqələrin yüksək olduğunu bildirib
Xarici siyasət
11 İyun , 2018 19:34
Rusiya səfiri: Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələri mövcuddur

Bakı. 11 iyun. REPORT.AZ/ "Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələri mövcuddur. Bu dostluq ab-havasına ölkə prezidentləri tərəfindən də dəstək verilir".

"Report" xəbər verir ki, bu fikirləri Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikov Rusiya Günü münasibətilə keçirilən qəbulda deyib.

Səfir bildirib ki, hazırda iki ölkə arasında parlamentlərarası əlaqələr yüksək səviyyədədir, həmçinin humanitar və ticarət sahələrində uğurlu əməkdaşlıq var. 

M.Boçarnikov həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbriklərini çatdırıb.

Son xəbərlər

Orphus sistemi