Rusiya səfiri: "Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi həlli gündəmdədir"

Rusiya səfiri: "Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi həlli gündəmdədir" "İnanıram ki, Rusiya-Azərbaycan Ekspert Şurasının iclası və onun nəticələri ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək".
Xarici siyasət
19 Noyabr , 2021 11:16
Rusiya səfiri: Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi həlli gündəmdədir
Mixail Boçarnikov

"İnanıram ki, Rusiya-Azərbaycan Ekspert Şurasının iclası və onun nəticələri ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında deyib.

Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan səfir ekspert rəyinin ikitərəfli münasibətlərdə mühüm amillərdən biri olduğunu vurğulayıb: “Əlaqələrin inkişafı və mehriban münasibətlər regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına imkan verir".

Rusiya səfiri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında nəqliyyat və kommunikasiyaların yenidən qurulması işi aparılır: "3+3 formatı çox əhəmiyyətlidir. Demilitasiya və demarkasiya məsələlərinin həll edilməsi gündəmdə olan məsələlərdir".

Son xəbərlər

Orphus sistemi