Rusiya regionlarının rəsmiləri Azərbaycana gələcəklər

Rusiya regionlarının rəsmiləri Azərbaycana gələcəklər “Dünən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib”.
Xarici siyasət
11 İyun , 2020 12:03
Rusiya regionlarının rəsmiləri Azərbaycana gələcəklər
Report

“Dünən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini, o cümlədən Hökumətlərarası Komissiyanın növbəti - 19-cu iclasının keçirilməsini müzakirə ediblər.

“İqtisadi əməkdaşlığımız bir neçə yol xəritəsinə əsaslanır. Bunlardan 5-i artıq işləyir, altıncısı isə işlənilib hazırlanma mərhələsindədir. Bu yol xəritələri əsasında işlər üzrə tədbirlər və mexanizmlər hazırlanır”, - o söyləyib.

Səfirin sözlərinə görə, görüş zamanı ilin sonuna qədər başa çatdırılması planlaşdırılan layihələrin vaxtında yekunlaşdırılmalı olduğu və hər iki tərəfin bunun üçün səy göstərəcəyi təsdiqlənib.

M.Boçarnikov bildirib ki, ilin sonuna kimi Rusiyanın bir neçə regionunun rəsmi şəxslərinin Azərbaycana səfərləri də gözlənilir.

Son xəbərlər

Orphus sistemi