Rusiya prezidentinin sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Bakıya gələcək

Rusiya prezidentinin sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Bakıya gələcək İqor Bratçikov Xəzər məsələləri üzrə Xüsusi İşçi Qrupunun 39-cu iclasında iştirak edəcək
Xarici siyasət
3 Mart , 2015 12:54
Rusiya prezidentinin sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Bakıya gələcək

Bakı. 3 mart. REPORT.AZ/ Rusiya prezidentinin MDB iştirakçı dövlətlərlə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, RF XİN xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 3-də Bakıya gələcək. 

Rusiyanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, səfərin məqsədi  martın 4-5-də keçiriləcək Xəzər məsələləri üzrə Xüsusi İşçi Qrupunun 39-cu iclasında iştirak etməkdir.

Qeyd edək ki, Xəzər məsələləri üzrə xüsusi işçi qrupunun 5 Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən iclasda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya mətninin üzərində iş davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi