Rusiya prezidentinin mətbuat katibi "LifeNews"un çəkiliş qrupunun Azərbaycandan deportasiya olunmasına münasibət bildirib

Rusiya prezidentinin mətbuat katibi "LifeNews"un çəkiliş qrupunun Azərbaycandan deportasiya olunmasına münasibət bildirib Peskov jurnalistlərin qanunvericiliyin normalarına riayət etmələrinin vacibliyini vurğulayıb
Xarici siyasət
5 Aprel , 2016 13:45
Rusiya prezidentinin mətbuat katibi LifeNewsun çəkiliş qrupunun Azərbaycandan deportasiya olunmasına münasibət bildirib

Bakı. 5 aprel. REPORT.AZ/ Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "LifeNews"un çəkiliş qrupunun Azərbaycandan deportasiya olunmasına münasibət bildirib.

Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.

Onun sözlərinə görə, sözsüz ki, redaksiya siyasəti  hər hansı bir hərəkətin səbəbi ola bilməz və olmamalıdır. Peskov jurnalistlərin qanunvericiliyin normalarına riayət etmələrinin vacibliyini vurğulayıb.

Bir müddət əvvəl Rusiyanın "LifeNews" telekanalının jurnalistləri Azərbaycandan çıxarılıb. Onlar akkreditasiyadan keçmədən ölkəyə gəlib və Azərbaycan XİN-in iddiasına görə, dünya ictimaiyyətinə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı yalan məlumat çatdırıb. 

Son xəbərlər

Orphus sistemi