Vladimir Putin: "Üçtərəfli formatda danışacağımız kifayət qədər mövzu var"

Vladimir Putin: "Üçtərəfli formatda danışacağımız kifayət qədər mövzu var" Vladimir Putin üçtərəfli formatda görüş keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib
Xarici siyasət
8 Avqust , 2016 17:10
Vladimir Putin: Üçtərəfli formatda danışacağımız kifayət qədər mövzu var

Bakı. 8 avqust. REPORT.AZ/ Rusiya, Azərbaycan və İran Xəzər dənizində yeni layihələri, o cümlədən energetika və nəqliyyat sahəsində olan layihələri müzakirə edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə bildirib.

"Üçtərəfli formatda görüş keçirilməsi təşəbbüsünə görə sizə təşəkkür edirəm. Bu formatda həqiqətən danışacağımız kifayət qədər mövzu var. Xəzər dənizində və daha geniş aspektdə yeni layihələr də ola bilər. Bu mənada həm nəqliyyat, həm energetika, həm də üçtərəfli ticarət və iqtisadi əlaqələrimizin diversifikasiyasını nəzərdə tuturam", - deyə V.Putin vurğulayıb.

Son xəbərlər

Orphus sistemi