Rusiya parlamentariləri Azərbaycanda növbədənkənar Prezident seçkilərini müşahidə etməyi planlaşdırırlar

Rusiya parlamentariləri Azərbaycanda növbədənkənar Prezident seçkilərini müşahidə etməyi planlaşdırırlar Leonid Slutski: "Prezident seçkilərində iştirak etmək üçün parlamentlərə müvafiq dəvətnamələr göndərilir"
Xarici siyasət
8 Fevral , 2018 10:37
Rusiya parlamentariləri Azərbaycanda növbədənkənar Prezident seçkilərini müşahidə etməyi planlaşdırırlar

Moskva. 8 fevral. REPORT.AZ/ "Rusiya parlamentinin üzvləri ənənəvi şəkildə Azərbaycanda keçirilən həm prezident, həm də Milli Məclisə seçkilərdə müşahidəçi missiyasında iştirak edirlər".

Bunu "Report"un Rusiya bürosuna Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.

Onun sözlərinə görə, aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün rusiyalı parlamentarilər müvafiq prosedurlardan keçməlidirlər.

"Prezident seçkilərində iştirak etmək üçün parlamentlərə müvafiq dəvətnamələr göndərilir. Təcrübə belədir. Bu dəfə də deputatlarımız Azərbaycanda keçiriləcək prezident seçkilərində təmsil olunacaqlar", - L.Slutski bildirib.

O qeyd edib ki, Azərbaycan prezident seçkilərinə çiçəklənən iqtisadiyyat və inkişaf etmiş parlament sistemi ilə yaxınlaşır.

Son xəbərlər

Orphus sistemi