Yuxarı

Rusiya Olimpiya Komitəsinin fəxri prezidentinə “Dostluq” ordeni təqdim olunub

Mükafat Smirnova Gənclər və idman naziri Azad Rəhimov tərəfindən təqdim olunub

Bakı. 15 fevral. REPORT.AZ/ Xəbər verdiyimiz kimi, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin 2015-ci il 12 fevral tarixli Sərəncamı ilə Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti Vitali Georgiyeviç Smirnov Olimpiya hərəkatının inkişafında və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman əlaqələrinin genişləndirilməsindəki xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

"Report" AzərTAc-a istinadla bildirir ki, mükafat Vitali Georgiyeviç Smirnova Moskva şəhərində Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov tərəfindən təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi