Rusiya KİV: “Heydər Əliyev Azərbaycanın əfsanəsidir”

Rusiya KİV: “Heydər Əliyev Azərbaycanın əfsanəsidir” “1969-cu ildə Azərbaycanı aqrar-sənaye ölkəsi kimi qəbul edən Ümummilli Lider Heydər Əliyev sənayenin bir çox sahələrini inkişaf etdirərək onu sənaye-aqrar ölkəsinə çevirib”.
Xarici siyasət
10 May , 2023 13:38
Rusiya KİV: “Heydər Əliyev Azərbaycanın əfsanəsidir”
Heydər Əliyev

“1969-cu ildə Azərbaycanı aqrar-sənaye ölkəsi kimi qəbul edən Ümummilli Lider Heydər Əliyev sənayenin bir çox sahələrini inkişaf etdirərək onu sənaye-aqrar ölkəsinə çevirib”.

“Report” “Moskovski Komsomolets”ə istinadən xəbər verir ki, bu fikri politoloq Fuad Axundov deyib.

"O hələ sovet dövründə ölkəyə rəhbərlik etməyə başlamışdı. Heydər Əliyev Sovet Azərbaycanı üçün çox işlər görüb: respublikaya sərmayə qoyulmasını təmin edib, o zaman nadir rast gəlinən Qərb texnologiyalarını Azərbaycana gətirib. Bakıda məşhur kondisioner zavodu, neft emalı ilə bağlı bir çox kimya sənayesi müəssisələri onun əməyinin nəticəsidir. Respublika inkişaf edir və bütün Sovet İttifaqında səs salırdı. 1993-cü ildə xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdanda o, yeni şəraitdə siyasət aparmağa başladı. Heydər Əliyev vətəndaş müharibəsini, həmçinin Azərbaycana qarşı ərazi iddiaları olan Ermənistanla müharibəni dayandırdı”, - politoloq bildirib.

Fuad Axundov bildirib ki, Moskvada bir çox yüksək vəzifəli şəxslərin fikrincə, SSRİ Prezidenti vəzifəsinə Qorbaçov yox, Heydər Əliyev seçilsəydi, Sovet İttifaqı dağılmazdı.

Son xəbərlər

Orphus sistemi