“Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq formatları arasında “COVID-siz səyahət et” layihəsi, peyvəndləmə sertifikatlarını qarşılıqlı tanımaq, təhlükəsiz sərhəd keçmək, həmçinin istehsalatın inkişaf etdirilməsi, mütəxəssis mübadiləsilə bağlı layihə və sazişlər var”.
“Report” xəbər verir ki, bunu Rusiya səhiyyə naziri Mixail Muraşko Bakıda jurnalistlərə bildirib və əlaqələrin bu istiqamətlərdə son bir il ərzində xeyli genişləndiyini dilə gətirib.
“Eyni zamanda, ürək-damar xəstəlikləri, xərçənglə mübarizə, bir sıra elmi sahələr, mütəxəssis hazırlığı kimi ənənəvi əməkdaşlıq istiqamətlərimizi də əlbəttə ki, yaddan çıxarmamalıyıq” - deyə, rusiyalı qonaq qeyd edib.