Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Baş Prokurorluqda olub

Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Baş Prokurorluqda olub Görüşdə Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib
Xarici siyasət
29 Dekabr , 2016 17:31
Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Baş Prokurorluqda olub

Bakı.  29 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qurumun mətbuat xidmətindən "Report"a bildirilib ki, görüşdə prokurorluğun fəaliyyəti üçün zəruri normativ hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində digər hüquq mühafizə orqanları, eyni zamanda ombudsman təsisatı ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını vurğulayan Baş prokurorun birinci müavini insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, işgəncələrin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan davranış və ya cəzanın qarşısının alınmasında prokurorluğun rolu, iki ölkə arasında insan hüquqları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından dekabrın 28-də Azərbaycan və Rusiya ombudsmanları arasında imzalanmış ikitərəfli əməkdaşlıq sazişinin əhəmiyyətini xüsusi qeyd edib.

Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova səmimi qəbula görə minnətdarlığını bildirərək həmkarının rəhbərlik etdiyi təsisatla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bir daha vurğulayıb.

Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib.

Son xəbərlər

Orphus sistemi