Bakı. 24 iyun. REPORT.AZ/ Rusiya və Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq kimi xarakterizə etmək olar.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar günü Bakıda səfərdə olan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
"Düşünürəm ki, ölkələrimiz arasında münasibətlərin yaxınlaşdırılması istiqamətində xarici siyasətdə görülən işlər Rusiya və Azərbaycan arasındakı əlaqələrin çox yüksək səviyyədə olması yaxşı göstəricisidir. Bu, strateji tərəfdaşların əlaqəsidir. Əlbəttə ki, biz həmişə prezidentlərimizin - Vladimir Putin və sizin rolunuzu vurğulayırıq", - deyə o əlavə edib.