Rusiya Dövlət Dumasının sədri AŞPA-nın monitorinq prosedurunun ləğvini təklif edib

Rusiya Dövlət Dumasının sədri AŞPA-nın monitorinq prosedurunun ləğvini təklif edib "Ölkə üzrə monitorinq AŞPA üzvlərini, müxtəlif nümayəndə heyətlərini qeyri-bərabər vəziyyətdə qoyur"
Xarici siyasət
29 İyun , 2016 13:08
Rusiya Dövlət Dumasının sədri AŞPA-nın monitorinq prosedurunun ləğvini təklif edib

Bakı. 29 iyun. REPORT.AZ/ Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkələr üzrə monitorinq prosedurunun ləğvini təklif edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, S.Narışkin bu monitorinqin AŞPA üzvlərini, müxtəlif nümayəndə heyətlərinin qeyri-bərabər vəziyyətdə qoyduğunu bildirib.

Dövlət Dumasının sədri hesab edir ki, AŞPA çərçivəsində ayrıseçkiliklərlə mübarizə aparılmalıdır: "İlk növbədə də əvvəldən də bildirdiyim kimi, ölkələr üzrə monitorinqə son qoyulmasını istəyirəm. O, AŞPA üzvlərini, müxtəlif nümayəndə heyətlərini qeyri-bərabər vəziyyətdə qoyur", - deyə Dövlət Dumasının sədri vurğulayıb.

O bildirib ki, monitorinq situasiyalı, tematik ola bilər, amma mütləq bütün parlament nümayəndə heyətlərinə qarşı eyni olmalıdır.

Son xəbərlər

Orphus sistemi