Yuxarı
    Bağlamaq

    Rusiya Dövlət Dumasının sədri bu ilin birinci yarısında Azərbaycana səfər edəcək

    Leonid Kalaşnikov: İqtisadi məsələləri, MDB və digər beynəlxalq təşkilatlar məkanında əməkdaşlıq məsələləri müzakirə ediləcək

    Moskva. 20 fevral. REPORT.AZ/ Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycana səfəri bu ilin birinci yarısına planlaşdırılır.

    Bunu "Report"un Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov bildirib.

    "Hazırda qarşıdakı tədbirlərin və səfərlərin planını hazırlayırıq. Buradan irəli gələrək deyə bilərəm ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Azərbaycana səfəri planlaşdırılır. Səfər bu ilin ilk yarısında baş tutacaq, amma hələlik dəqiq tarix məlum deyil. Bakıdan rəsmi dəvət artıq qəbul edilib və hazırda Vyaçeslav Volodinin qrafiki dəqiqləşdirilir", - deyə L.Kalaşnikov vurğulayıb.

    Dövlət Dumasının komitə sədri əsasən iqtisadi məsələlərin, eləcə də MDB və digər beynəlxalq təşkilatlar məkanında əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi