Rusiya Dövlət Dumasının deputatı Azərbaycan ilə parlamentlərarası dialoqu genişləndirməyə çağırıb

Rusiya Dövlət Dumasının deputatı Azərbaycan ilə parlamentlərarası dialoqu genişləndirməyə çağırıb Azərbaycan və Rusiya parlamentləri arasında ənənəvi etimad əlaqəsi mövcuddur.
Xarici siyasət
22 Aprel , 2022 18:13
Rusiya Dövlət Dumasının deputatı Azərbaycan ilə parlamentlərarası dialoqu genişləndirməyə çağırıb

Azərbaycan və Rusiya parlamentləri arasında ənənəvi etimad əlaqəsi mövcuddur.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Alla Polyakova Moskvada keçirilən “Rusiya və Azərbaycan: dostluq, əməkdaşlıq, hörmət” adlı dəyirmi masa zamanı bildirib.

“Azərbaycan və Rusiya arasında münasibətlərin qurulmasında Heydər Əliyev böyük rol oynayıb, indiki Prezident İlham Əliyev isə atası tərəfindən əsası qoyulmuş münasibətləri inkişaf etdirməkdə davam edir. Bu il Azərbaycan-Rusiya münasibətlərində əlamətdar hadisə ilə yadda qaldı, Rusiya və Azərbaycan arasında Müttəfiqlik haqqında Bəyannamə imzalandı. Sənəddə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə və humanitar sahədə dialoqun genişləndirilməsinə xüsusi diqqət ayrılıb”, - Alla Polyakova deyib.

Onun sözlərinə görə, iki ölkənin deputatları arasında ənənəvi etimad əlaqəsi mövcuddur: “Parlamentarilər Rusiyanın Federal Məclisi və Milli Məclis arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiya çərçivəsində fəal əməkdaşlıq edirlər. 2021-ci il ərzində Rusiya Federasiyası Federal Məclisinin sədri Valentina Matviyenko və Milli Məclisin sədri Sahibə Qafarova MDB-yə üzv ölkələrin Parlament Assambleyası və Avrasiya Qadınlar Forumu çərçivəsində iki dəfə görüşüblər. Parlamentlərarası dialoqu bundan sonra da genişləmndirmək lazımdır”.

Deputat, həmçinin Rusiya Dövlət Dumasında Azərbaycan parlamenti ilə əlaqələr üzrə deputat qrupunun yaradıldığı xatırladıb.

Son xəbərlər

Orphus sistemi