Rusiya Dövlət Dumasının Komitə sədri: "Azərbaycan bizə Yaxın Şərqdəki istənilən ölkədən daha yaxındır"

Rusiya Dövlət Dumasının Komitə sədri: "Azərbaycan bizə Yaxın Şərqdəki istənilən ölkədən daha yaxındır" "Azərbaycan bu baxımdan nümunəvi ölkədir"
Xarici siyasət
6 Oktyabr , 2017 09:32
Rusiya Dövlət Dumasının Komitə sədri: Azərbaycan bizə Yaxın Şərqdəki istənilən ölkədən daha yaxındır
Rusiya bürosuna Dövlət Dumasının MDB İşləri Komitəsinin sədri Leonid Kalaşnikov / РИА Новости / Владимир Федоренко

Moskva. 6 oktyabr. REPORT.AZ/ "MDB dövlət başçılarının görüşündən bu təşkilatı irəli aparacaq yeni qərarların qəbul olunmasını gözləyirik".

Bunu "Report"un Rusiya bürosuna Dövlət Dumasının MDB İşləri Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Növbəti həftə Soçidə başlayacaq MDB dövlət başçıları sammitini şərh edən rusiyalı parlamentari qeyd edib ki, son vaxtlar bu təşkilat yenidən siyasi çəki qazanmağa başlayıb.

Duma komitəsinin sədri, həmçinin postsovet məkanındakı inteqrasiya proseslərində rus dilinin rolunu xüsusi vurğulayıb.

"Dil bizə bir-birimizə daha yaxın olmağa kömək edir. Azərbaycan bu baxımdan nümunəvi ölkədir. Dəfələrlə orada olmuşam və rus dilinə verilən önəmi şəxsən görmüşəm. Bu gün səudiyyəlilər bizə gəlirlər. Bəli, bu, yaxşıdır, sərmayələr qoyulur, ölkəmiz neft cənnətlərindəndir və danışmaq üçün ortaq çox şey var. Amma, yenə də Azərbaycan bizə Yaxın Şərqdəki istənilən ölkədən daha yaxındır", - L.Kalaşnikov bildirib.

Son xəbərlər

Orphus sistemi