​Rusiya daha 5 Azərbaycan vətəndaşını Yəməndən təxliyə edib

​Rusiya daha 5 Azərbaycan vətəndaşını Yəməndən təxliyə edib Onlar səhərə yaxın Cibutiyə çatacaqlar
Xarici siyasət
12 Aprel , 2015 03:50
​Rusiya daha 5 Azərbaycan vətəndaşını Yəməndən təxliyə edib

Bakı. 12 aprel. REPORT.AZ/ Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Priazovye” gəmisi Yəmən sahillərindən 19 ölkənin 308 vətəndaşını təxliyə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

Onun bildirdiyinə görə, Yəməndə münaqişə zonasından təxliyə edilənlər sırasında 45 Rusiya, 18 ABŞ, 5 Azərbaycan, 5 Böyük Britaniya, 1 Bolqarıstan, 6 Estoniya, 14 Ukrayna, 9 Belarus, 3 Türkmənistan, 8 Özbəkistan, 1 Bəhreyn, 5 Cibuti, 159 Yəmən, 1 Somali, 3 Fələstin, 13 İordaniya, 9 Kuba, 2 Misir və 1 Səudiyyə Ərəbistanı vətəndaşı var.

“Təxliyə olunan bütün vətəndaşlar Rusiya gəmisinin göyərtəsində təhlükəsiz vəziyyətdədirlər, gəmi səhərə yaxın onları Cibutiyə çatdıracaq”, — deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi