İrəvanda Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, tərəflər ikitərəfli əməkdaşlığın gündəliyini, həmçinin Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiyanın fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.
Görüşdə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərinə də toxunulub.
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın paytaxtı İrəvana gedib.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, Baş nazir Nikol Paşinyanla görüşəcək.
Görüşdə əsasən kommunikasiya xətlərinin açılması məsələsi müzakirə ediləcək.
Xatırladaq ki, A.Overçuk noyabrın 24-də Azərbaycanda səfərdə olub və Prezident İlham Əliyev tərəfindən də qəbul edilib.