Rusiya baş nazirinin müavini azərbaycanlı həmkarını Sankt-Peterburqda keçiriləcək XXI Energetika Forumuna dəvət edib

Rusiya baş nazirinin müavini azərbaycanlı həmkarını Sankt-Peterburqda keçiriləcək XXI Energetika Forumuna dəvət edib Dmitri Roqozin: "Danışıqlara çox vaxt sərf etdik, daha əvvəl çətin müzakirə edilən məsələləri yoluna qoyduq"
Xarici siyasət
16 Dekabr , 2016 15:37
Rusiya baş nazirinin müavini azərbaycanlı həmkarını Sankt-Peterburqda keçiriləcək XXI Energetika Forumuna dəvət edib

Bakı. 16 dekabr. REPORT.AZ/ "Moskva və Bakı əvvəllər çətin müzakirə edilən məsələləri yoluna qoyub."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin Bakıda keçirilən iqtisadi-ticarət əlaqələr üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclası zamanı bildirib.

O, həmçinin azərbaycanlı həmkarını - baş nazirinin birinci müavini Yaqub Eyyubovu Sankt-Peterburqda keçiriləcək XXI Energetika Forumuna dəvət edib.

"Danışıqlara çox vaxt sərf etdik, daha əvvəl çətin müzakirə edilən məsələləri yoluna qoyduq. Fürsətdən istifadə edib həmkarımı 2017-ci il iyunun 1-3-də Sankt-Peterburqda keçiriləcək XXI Energetika Forumuna da dəvət etdim" - D.Roqozin vurğulayıb.

Son xəbərlər

Orphus sistemi