Rusiya baş nazirinin müavini Azərbaycanda səfərdədir

Rusiya baş nazirinin müavini Azərbaycanda səfərdədir Dmitri Roqozin Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında Rusiya nümayəndə heyətinə rəhbərlik edir
Xarici siyasət
16 Dekabr , 2016 10:42
Rusiya baş nazirinin müavini Azərbaycanda səfərdədir

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiya baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Bu gün D.Roqozinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi, eləcə də Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında iştirak edəcəyi gözlənilir.

Görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunacaq.

Nümayəndə heyətinin tərkibinə, həmçinin Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Slutski də daxildir.

Son xəbərlər

Orphus sistemi